Ana və uşaqlarının qətli ilə bağlı YENİ FAKTLAR  – Qonşuları NƏLƏR DANIŞDI?  - VİDEO
21 fevral 2022 17:00 (UTC +04:00)

Ana və uşaqlarının qətli ilə bağlı YENİ FAKTLAR – Qonşuları NƏLƏR DANIŞDI? - VİDEO

Fevralın 20-si Bakının Nizami rayonunda ana və iki övladının qətlə yetirilməsi ölkə gündəmini zəbt etdi.

Lent.az-ın çəkiliş qrupu dəhşətli qətllə bağlı bəzi detalları öyrənmək üçün hadisə yerində olub. Hadisənin baş verdiyi Rüstəm Rüstəmov küçəsi 48 ünvanında, qarşısında sakitlik hökm sürən beşmərtəbəli binanın blokuna daxil olduq. 39 yaşlı Gülnar və iki övladı - 13 yaşlı Lamiyə və 10 yaşlı Atakan Qaraxanlıların amansızlıqla öldürüldüyü mənzilin qapısına getdik. Azyaşlıların məsud yaşadığı həmin kirayə mənzilin qapısı artıq bağlanmışdı. İçəri giriş qadağandır yazılıb.

Qətlə yetirilən Gülnar, Lamiyə və Atakan Qaraxanlılar

Çəkiliş zamanı öyrəndik ki, mərhum Gülnar və iki azyaşlı övladı illərdir qeyd olunan mənzildə kirayədə qalırmış. Qonşular deyir ki, Qaraxanlı ailəsinin bütün üzvləri sakit və mehriban idilər. Heç vaxt qonşularla aralarında problem yaşanmayıb. Əldə etdiyimiz məlumata görə, hər üç məhrumun meyiti ailə başçısı Fəsahət Qaraxanlıya təhvil verilib və Sabirabada ata yurduna aparılıb. Məlumata əsasən, F. Qaraxanlı TIR sürücüsüdür.

Bundan əlavə, qətli törədən Əhəd Əliyevlə də bağlı bir sıra təfərrüatları üzə çıxıb. Onun həyat yoldaşından boşandığı deyilsə də, elə deyilmiş. Ə. Əliyevin həyat yoldaşı hazırda Sabirabad şəhərində şirniyyat sexi işlədir. Özü isə rayonun Narlıq kəndində biologiya müəllimidir. 43 yaşlı Əhəd Əliyev Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. O, bir müddət Sabirabad rayon 8 saylı məktəbdə müəllim işləyib, sonrada isə Saatlı rayon Novruzlu kənd məktəbinə direktor təyin edilib. Əldə etdiyimiz məlumata əsasən, direktor işlədiyi zaman külli miqdarda borca girib. Belə ki, bir neçə müəllimin adından kredit götürüb, lakin krediti bağlaya bilməyib. Qətldən 3 gün əvvəl Gülnar Qaraxanlı anasına zəng edərək, “evin pulunu hazırlamışıq” deyib. Məlumata əsasən, Gülnar və həyat yoldaşı Fəsahət ev almağa hazırlaşırlarmış. Görünür Ə. Əliyev də onlarda pul olduğunu bilib və məlum dəhşətli qətli törədib.

Əhəd Əliyev

Xatırladaq ki, fevralın 20-də paytaxtın Nizami rayonu Rüstəm Rüstəmov küçəsi 48 ünvanında 39 yaşlı Gülnar və onun iki övladı, 13 yaşlı Lamiyə və 10 yaşlı Atakan Qaraxanlılar bıçaqlanaraq öldürülüb. Fevralın 21-i gecə saatlarında isə Gülnar Qaraxanlının bacısının həyat yoldaşı, qətli törətməkdə şübhəli bilinən Əhəd Əliyev saxlanılaraq istintaqa təhvil verilib. İlkin məlumata görə, Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

 

Mehman Nəbiyev

Səbuhi Məmmədli

Bakıda ana və uşaqlarının qətli ilə bağlı yeni faktlar

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17943
avatar

Mehman Nəbiyev

Oxşar yazılar