“Abuzər”in silahlı dəstəsinə qoşulmuşdu... - ACI AQİBƏT
27 aprel 2022 09:05 (UTC +04:00)

“Abuzər”in silahlı dəstəsinə qoşulmuşdu... - ACI AQİBƏT

Qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulan Elxan Novruzbəyovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları - 1976-cı il təvəllüdlü Hüseynov Seymur Əliş oğlunun və 1970-ci il təvəllüdlü Novruzbəyov Elxan Əmənulla oğlunun ölkəni tərk edib əvvəlcə İranın Tehran şəhərinə, oradan isə qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin ərazisinə keçərək cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr müəyyən edilib.

İstintaq müddətində məlum olub ki, S.Hüseynov “Abuzər” ləqəbli şəxsin, E.Novruzbəyov isə Qasımov Vüsal Qəzənfəroviçin rəhbərlik etdiyi, qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olublar.

Faktla bağlı DTX-də istintaqı aparılan cinayət işi üzrə hər iki şəxs Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3789
avatar

Mehman Nəbiyev

Oxşar yazılar