Abşeronda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb. Burada yaşayan Məmmədov Calal Xəyal oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq, həyatına son qoyub.
Onun hansı səbəbdən bu addımı atması hələlik bilinmir.
Faktla bağlı araşdırma aparılır.