100 min manatdan çox dələduzluq edən ər-arvad  HAKİM QARŞISINDA
05 mart 2022 11:02 (UTC +04:00)

100 min manatdan çox dələduzluq edən ər-arvad HAKİM QARŞISINDA

Dələduzluqda təqsirləndirilən Aqşin Abdullayev və həyat yoldaşı Leyla Abdullayevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatına verilib.

Əldə etdiyimiz məlumata görə, L. Abdullayeva dərman şirkətlərindən birində satış meneceri işləyib. A. Abdullayev isə taksi fəaliyyəti ilə məşğul olub. Ancaq o, özünü dərman şirkətinin sahibi kimi təqdim edərək vətəndaşlara xaricdən dərman vasitələri gətirəcəyini vəd edib. Bu bəhanə ilə zərərçəkmiş qismində iştirak edən 5 nəfərdən ümumilikdə 116 min 710 manat pul alıb.

A Abdullayev və həyat yoldaşı L. Abdullayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3252
avatar

Mehman Nəbiyev

Oxşar yazılar