1 ay sonra ata olacaqdı, dostu öldürdü
26 sentyabr 2023 12:42 (UTC +04:00)

1 ay sonra ata olacaqdı, dostu öldürdü

Türkiyədə qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Mamak qəsəbəsində baş verib. Üç dost Hüseyn Hakan, S.D. və sürücü A.Ç. avtomobildə spirtli içki içirmiş. Bu zaman Hüseyn Hakan və S.D. arasında pul borcu üstündə mübahisə yaşanıb. Sürücünün yanında əyləşən Hüseyn Hakan arxaya çevrilərək S.D.-ya bıçaq çəkib. Bundan hiddətlənən S.D. dostuna tapançadan atəş açıb.

Nəticədə H. Hakan ölüb. Dostları isə hadisə yerindən qaçıb. Sonradan onların hər ikisi tutularaq istintaqa təhvil verilib.

Araşdırma zamanı mərhum Hüseyn Hakanın 1 ay sonra ata olacağı müəyyənləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3138
avatar

Oxşar yazılar