Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun yanvarın 18-də Hacıqabulda vətəndaşları qəbul edəcək. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Qəbulda Hacıqabul, Şirvan, Kürdəmir, Sabirabad və Saatlı sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti ilə bağlı nazirə müraciət etmək imkanı var.
Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 saylı “qaynar xətt”, 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.