AGBank yaxın zamanda 5 mln. manat subordinasiya kreditinin cəlb etməklə, məcmu kapitalını 50 mln. manata çatdırmaq niyyətindədir. Bu barədə bankdan məlumat verilib.
Artıq bu qərar səhmdarlar tərəfindən verilib və bankın idarə heyəti bununla bağlı Mərkəzi Banka müraciət edib. 2013-cü ilin aprel ayının yekunlarına görə, bankın aktivləri 403,2 mln manat təşkil etmişdir.
Cari ilin əvvəlindən etibarən, AGBankın aktivləri 17 faiz artmışdır.