“Ən son modellər, endirim qiymətlərlə, koftalar, çantalar...”
08 may 2013 15:59 (UTC +04:00)

“Ən son modellər, endirim qiymətlərlə, koftalar, çantalar...”

Bakıda fırıldaqçılıqla məşğul olan iş adamı barədə iş qaldırılıb

 

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən  Azadlıq prospekti ilə S. Əsgərova küçəsinin kəsişməsində yerləşən mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib. Həmin mağaza fiziki şəxs Qəşəm Süleymanovundur.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mağazanın giriş hissəsində “Ən son modellər, endirim qiymətlərlə, koftalar, çantalar”, “Koftalar 5 AZN” “Çantalar 5 AZN”, “Koftalar 3-5-7 AZN”, “Ayaqqabılar 5-7-15 AZN”, “Çantalar 5-10 AZN”, “Son modellər endirim qiymətlərlə”, “Ən ucuz qiymətlər” yazılmış reklamlar yayımlansa da, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların ən son modellər və qiymətinin isə ən ucuz olmadığı, habelə mağazada adı çəkilən malların satışda olan qiymətlərinin reklamda göstərilən qiymətlərdən fərqli və daha yüksək olduğu müəyyənləşdirilib.

 

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da aşkarlanıb. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən fiziki şəxs Qəşəm Süleymanova qanunsuz reklamların yayımının dayandırılması barədə göstəriş verilib və fiziki şəxs barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3209
avatar

Oxşar yazılar