Bakıda kirayə ofislər niyə BAHADIR? - SƏBƏBLƏRİ
16 iyun 2022 10:58 (UTC +04:00)

Bakıda kirayə ofislər niyə BAHADIR? - SƏBƏBLƏRİ

Bakıda son zamanlar kirayə bazarında bahalaşma müşahidə olunur. Xüsusi bahalaşma isə ofis üçün nəzərdə tutulan obyektlərdə qeydə alınır. Hətta bir çoxları şirkət, yaxud bir iş qurub ofis götürsə, aylıq gəlirin yarısını az qala həmin kirayəyə verməli olur.

Bu bahalaşmanın səbəbi nədir? Dəllallar baha təklif edir, yoxsa sahibkarlar?

Sualımıza əmlak məsələləri üzrə ekspert Anar Nəsirov cavab verib. O qeyd edib ki, qiymətlərin baha olmasının əsas səbəbkarı elə obyekt sahibləridir:

“Dəllallar Azərbaycanda həm yaşayış, həm də qeyri-yaşayış sahələrini bərabər tuturlar.  Yəni, bu gün şəhərdə pilot layihələrinin tikintisi üçün kirayə mənzil bazarında qiymətlər bir az yüksəkdir. Çünki buna tələbat çoxdur. Amma ofislərdə belə deyil, əksinə kirayə bazarında ofislər kifayət qədərdir. İş mərkəzləri çoxdur, amma çoxluğa baxmayaraq, onlar ofisləri münasib qiymətlərə təklif etmirlər.

Ofislər üçün müştəri az olsa belə, onlar müxtəlif bəhanələr gətirərək kirayə qiymətlərini aşağı salmırlar. Baxırsan, 300 otağı olan iş mərkəzinin 30 faizi doludur, qalanı boşdur. Amma yenə də qiyməti aşağı demir. Qiyməti aşağı endirməməməyə əsas kimi vergi və digər xərcləri göstərsələr də, onlar əsasən kirayə mənzil bazarını nümunə göstərirlər.

Bu, yanlış yanaşmadır. Çünki yaşayış sahəsi başqa, qeyri-yaşayış sahəsi başqadır. Yeni tikilmiş binaların 2-ci və 3-cü mərtəbələrində də belə ofislər üçün yerlər nəzərdə tutulur. Əmlakını icarə verən şəxs təkidlə deyir ki, mən bu qiymətdən aşağı enmirəm. Əgər aşağı olsa, müştəri gətirmə. Yəni, dəllal əslində bilir ki, o, axır qiymətini neçəyə verəcək.

Dəllal kirayədə üstünə pul qoya bilməz. Çünki onlar birinci dəfə kirayə verilən ay xidmət haqqı alır, sonrakı ayları isə kirayə pulunun 100 faizini əmlak sahibi alır. Çox vaxt da kirayə qiymətini vergidən yayınmaq üçün çox aşağı göstərirlər. Yəni, qiymətə maklerlər müdaxilə edə bilməz. Sadəcə, Azərbaycanda iş adamları qiyməti qaldırmaq üçün əllərinə keçən kiçik bir fürsəti də dəyərləndirirlər. Əslində çoxmərtəbəli iş mərkəzlərinin 50 faizi boş olsa da, onları aşağı qiymətə vermirlər. Belə iş mərkəzlərində 12 kv/m-lik bir otaq belə 500 manatdan başlayır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3234
avatar

Mehman Nəbiyev

Oxşar yazılar