Azərbaycan vasitəsilə Ermənistana tonlarla karbamid və un göndərildi
28 may 2026 11:05 (UTC +04:00)

Azərbaycan vasitəsilə Ermənistana tonlarla karbamid və un göndərildi

1

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Lent.az xəbər verir ki, 2 vaqondan ibarət çəkisi 126 ton olan karbamid və 1 vaqondan ibarət çəkisi 67 ton olan un bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 160

Oxşar yazılar