Caspian NavTel şirkəti də AGClub ailəsinə qoşuldu
09 avqust 2011 10:33 (UTC +04:00)

Caspian NavTel şirkəti də AGClub ailəsinə qoşuldu

2007-ci ildən fəaliyyət göstərən “Caspian NavTel” şirkəti, Azərbaycan respublikasının tam təfsilatlı, mükəmməl yol xəritəsinə malikdir. “Caspian NavTel”-in təklif etdiyi unikal funksionallığa malik naviqatorlar, sürücülərə öz marşrutlarını qabaqcadan planlaşdırmaq imkanı yaradır. Belə ki, yollardakı tıxaclar, radarlar, təmir və hətta evakuatorlar haqda yenilənmiş məlumatları anbaan avtomobillərdəki naviqatorlara ötürən “Caspian NavTel”-in bu xidməti sayəsində, artıq hər kəs alternativ marşrut seçərək, tıxaca düşməkdən özünü qurtaracaq.

Sürücülər şirkətin təklif etdiyi naviqatorları əldə etməklə, ölkəmizin bütün şəhər, rayon, küçə adları, mehmanxanalar, banklar, restoranlar, univermaqlar, tibb və ticarət mərkəzləri, məktəblər, universitetlər, xidmət mərkəzləri, yanacaq doldurma məntəqələri və s. kimi maraq obyektlərini də axtarmaq əziyyətindən xilas olacaqlar, çünki “Caspian NavTel”-in naviqatorlarında 60.000-dən artıq obyekt haqda məlumat yer alıb! Onu da qeyd etmək yerinə düşər ki, bu məlumatlar günü-gündən yenilənir və aktuallaşır!

Əziz AGClub üzvləri! Siz də avtomobilinizdə oturarkən yollarda gedən təmir işləri, işləməyən işıqforlar, tıxaclar, hətta radarlar və evakuatorların gəzdiyi küçələr haqda günün 24 saatı dəqiq və operativ məlumat əldə etmək istəyirsinizsə, “Caspian NavTel”-in misilsiz naviqatorlarını 10% endirimlə almağa tələsin!

Ətraflı məlumat üçün http://www.caspiannavtel.com saytına daxil ola, ya da şirkətin 6986 və 4082170 nömrəli qaynar xəttinə zəng vura bilərsiniz.

Öz mahiyyətinə görə universal endirim sistemi olan AGClub, ən müxtəlif tələbat və maraqlara malik olan alıcıların ehtiyaclarını təmin edən yeganə sistemdir. Vahid endirim sisteminin çoxsaylı partnyorları tərəfindən təqdim olunan güzəştlərlə müştərilərimiz satın almaq, istirahət etmək, geyinmək, öz sağlamlığının və xarici görünüşünün qeydinə qalmaq, səyahət etmək imkanı əldə edirlər.

Hal-hazırda AGClub diskont sistemi paytaxtımızın onlarla ən prestijli klubunu, restoranını, mağazasını, gözəllik salonunu və tibb müəssisəsini birləşdirən; Bakı şəhərinin əyləncə, mədəniyyət, təhsil və tibb müəssisələrində göstərilən xidmətlərə görə universal güzəştlər təklif edən misilsiz sistemdir.

AGClub sisteminə daxil olan ticarət məntəqələri ümumi atribut ilə nişanlanır: kart, ticarət-servis müəssisələrinin qapılarında stikerlər, informasiya lövhələri eyni üslubda işlənir və asanlıqla tanınır.

Əlavə məlumat üçün www.agclub.az saytını ziyarət edə, yaxud da (994 12) 5107013 nömrəli telefona zəng edə bilərsiniz.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666

Oxşar yazılar