Soyuducu anbar tikintisi üzrə 3 layihəyə pul ayrılıb
Bunlardan 2-si Aran, 1-i isə Gəncə-Qazax zonasından təqdim olunmuş layihələrdir
Azərbaycanda soyuducu anbar komplekslərinin yaradılması üzrə layihələrin maliyyələşdirilməsinə başlanıb. Artıq Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda 2, Gəncə-Qazax iqtisadi rayonunda isə 1 investisiya layihəsi olmaqla 3 sahibkarlıq subyektinə güzəştli kreditlər verib.
Fonddan lent.az-a bildiriblər ki, soyuducu anbar sahibkarlıq subyektləri tərəfindən təqdim olunmuş digər investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi davam etdirilir.
Xatırladaq ki, SKMF iyulun 31-də Quba-Xaçmaz iqtisadi rayonu üzrə 6, Aran iqtisadi rayonu üzrə 4, Lənkəran və Gəncə-Qazax iqtisadi rayonları üzrə hər birində 1 investisiya layihəsi olmaqla ölkənin 4 iqtisadi rayonunda soyuducu anbar komplekslərinin tikintisi üzrə sahibkarlıq subyektlərinin təqdim etdiyi 12 investisiya layihəsinin maliyyələşdiriləcəyini elan etmişdi.
Elxan SALAHOV

Oxşar yazılar

“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06
Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13