Ələt-Astara avtomobil yolu hazırdır
25 may 2009 10:30 (UTC +04:00)

Ələt-Astara avtomobil yolu hazırdır

Türkiyə şirkəti tikinti işlərini nəzərdə tutulandan 5 ay tez başa vurub

Ələt-Astara avtomobil yolunun tikintisi başa çatıb. Ümumi uzunluğu 22 kilometr olan yolun yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, 4 zolaqlı, birinci dərəcəli avtomobil yolu boyunca bir yeni körpü və 2 yol qovşağı da inşa olunub. Onun sözlərinə görə, yenidənqurma işləri Bakıdan İran sərhədinədək uzanan avtomobil yolunun Ələtdən İran Astarasınadək olan hissəni əhatə edir.

Xatırladaq ki, sözügedən avtomobil yolunun tikintisi üzrə keçirilən tenderdə Türkiyənin “Makyol” Sənaye Turizm və Ticarət Firması qalib gəlmişdi. Şirkət ümumi dəyəri 8 milyon manat olan Biləsuvar dolama yolunun tikintisinə ötən ilin aprelində başlamışdı və 22 kilometrlik yolu 1 il yarıma başa çatdırmağı nəzərdə tuturdu. Lakin icracı şirkət tikinti işlərini nəzərdə tutulduğundan 5 ay tez başa vurub.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1745

Oxşar yazılar