Rusiya anti-dopinq qaydalarının pozulması hallarının araşdırılmasına çəkilmiş xərclərin ödənilməsi üçün Müstəqil Anti-dopinq Komissiyasına (ITA) 15 mln. dollar ödəməlidir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, müvafiq qərar Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl BOK Rusiya yığmasını 2018-ci ildə Cənubi Koreyanın Pxönçan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub.