Millimiz 94-cü pilləyə qalxdı
19 dekabr 2013 13:06 (UTC +04:00)

Millimiz 94-cü pilləyə qalxdı

FİFA dünya yığmalarının növbəti reytinq cədvəlini dərc edib. Lent.az-ın məlumatına görə, qurumun 2013-cü ildə sonuncu dəfə açıqladığı siyahıda Azərbaycan milli komandası 94-cü pillədə yer alıb.

 

Hazırda 363 xala malik yığmamız ötən ayla müqayisədə 1 pillə irəliləyib.

 

Siyahının ilk 18 pilləsində dəyişiklik edilməyib. Son Avropa və dünya çempionu İspaniya 1507 xalla 1-ci, Almaniya 1318 xalla 2-ci, Argentina 1251 xalla 3-cüdür.

 

Qeyd edək ki, növbəti reytinq cədvəli 2014-cü il yanvarın 16-da açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948
avatar

Oxşar yazılar