
Həftənin ölkəsi açıqlandı
Avrokubokların yeni mövsümünün ilk həftəsi ilə bağlı yekunlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, ötən həftə baş tutan I təsnifat mərhələsinin ilk oyunlarını təhlil edən rusiyalı ekspertlər həftənin ölkəsini müəyyənləşdirib.
Söhbət klubları ən böyük uğura imza atan ölkədən gedir. İlk raundda çıxış edən 110 komanda 40 ölkədən olduğu üçün ən yaxşı da onlar arasında seçilib.
40 ölkədən 17-si həftəni 2 xalla (təsnifat mərhələsində qələbə 1, heç-heçə 0,5 xalla dəyərləndirilir). Amma bu 17 ölkədən 11-nin üç komandası birlikdə bu qədər xal toplayıb. Bir sözlə, yalnız 6 ölkə həftəni 100 faizlik nəticə ilə tamamlayıb.
Onlardan üçü bütün qələbələrini evdə qazanıb. Digər üç ölkənin təmsilçiləri isə rəqib meydanında da uğura sevinib. Azərbaycan da bu “üçlük”dədi. “Zirə” evdə “Differdanj”ı 2:0, “İnter” isə Serbiyada “Mladost”u 3:0 hesabı ilə məğlub edib. Polşa və Kiprin də komandalarından biri öz, biri rəqib meydanında qalib gəlib. Polşalılar bizimkilər kimi ümumilikdə 5:0-a seviniblər. Kiprin təmsilçilərində isə bu rəqəm 9:0-a bərabər olub. Elə bu üzdən də ada təmsilçisi həftənin ölkəsi seçilib, Azərbaycanla Polşaya isə onlara çatmaq üçün 4 qol yetməyib.
Oxşar yazılar

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 , 20:15
“Real” gənc oyunçunu 50 milyon avroya geri qaytardı - indi satışa hazırlaşırlar
15 iyul 2025 , 19:07
Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59