Avrokuboklar mövsümü Azərbaycan klubları üçün başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışı sonuncu başa vuran təmsilçimiz “Qarabağ” olub.
Çempionlar Liqasının qrupuna yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşən Ağdam təmsilçisi mövsümü 12 oyun keçirdikdən sonra yekunlaşdırıb. Təsnifat mərhələsində də, əsas raundda – yəni qrupda da 6 qarşılaşma keçirən Qurban Qurbanovun yetirmələri 6 aylıq marafonu “Samtredia” ilə Bakıdakı matçda (5:0) başlayıb və Romada eyniadlı kluba uduzmaqla (0:1) başa vurub.
“Qarabağ” bu 12 görüşdə yazdığı tarixi 22 futbolçu ilə gerçəkləşdirib. Qurbanov bu yolu 9 yerli, 3 milliləşən legioner və 10 əcnəbi ilə qət edib.
22 oyunçudan ikisi tarixi kənardan izləyib. Bunlar yalnız təsnifat mərhələsində lazım olub, qrupda ehtiyatda qalanlar – Rahid Əmirquliyevlə Anton Kanibolotskidi.
5 futbolçu təsnifat mərhələsində də, əsas raundda da bütün qarşılaşmalarda forma geyinib. Qurbanov üçün əvəzolunmaz oyunçu olmayıb. Miçel, Qara Qarayev, Maksim Medvedev, Riçard Almeyda və Donald Gerye bütün görüşlərdə meydana çıxsa da, 1080 dəqiqə oynamaq onlara nəsib olmayıb.
Amma qrupda iki futbolçu əvəzlənmədən şans qazanıb. Bunlar qapıçı İbrahim Şehiç və milliləşən yarımmüdafiəçi Riçard Almeydadı. Miçel, Qara Qarayev, Maksim Medvedev və Donald Gerye də əsas mərhələdə 6 oyun keçirənlərdi.
“Qarabağ”ın ən yaxşı bombardiri Dino Ndlovudu. Onun hesabında 4 top var. Miçel isə 3 dəfə fərqlənib. Donald Gerye 2, Mahir Mədətov, Pedro Enrike və Əfran İsmayılov hərəyə 1 dəfə rəqib qapısına yol tapıb.
|
Çempionlar Liqası |
Qrup mərhələsi |
||||||||
|
O |
D |
Q |
SV |
QV |
O |
D |
Q |
SV |
QV |
Miçel |
12 |
1072 |
3 |
4 |
0 |
6 |
532 |
1 |
2 |
0 |
Qara Qarayev |
12 |
1060 |
0 |
1 |
0 |
6 |
520 |
0 |
1 |
0 |
Maksim Medvedev |
12 |
1002 |
0 |
1 |
0 |
6 |
521 |
0 |
1 |
0 |
Riçard Almeyda |
12 |
986 |
0 |
0 |
0 |
6 |
540 |
0 |
0 |
0 |
Donald Gerye |
12 |
709 |
2 |
1 |
0 |
6 |
354 |
0 |
0 |
0 |
İbrahim Şehiç |
11 |
990 |
-17 |
1 |
0 |
6 |
540 |
-14 |
0 |
0 |
Dino Ndlovu |
11 |
943 |
4 |
1 |
1 |
5 |
425 |
0 |
0 |
1 |
Yakub Jezniçak |
11 |
791 |
0 |
4 |
0 |
5 |
379 |
0 |
3 |
0 |
Mahir Mədətov |
11 |
769 |
1 |
0 |
0 |
5 |
321 |
0 |
0 |
0 |
Ansi Aqolli |
10 |
900 |
0 |
1 |
0 |
4 |
360 |
0 |
0 |
0 |
Bədavi Hüseynov |
9 |
810 |
0 |
0 |
0 |
3 |
270 |
0 |
0 |
0 |
Rəşad Sadıqov |
8 |
490 |
0 |
3 |
1 |
5 |
359 |
0 |
2 |
1 |
Əfran İsmayılov |
8 |
343 |
1 |
0 |
0 |
2 |
77 |
0 |
0 |
0 |
Elvin Yunuszadə |
5 |
193 |
0 |
1 |
0 |
3 |
126 |
0 |
1 |
0 |
Pedro Enrike |
4 |
281 |
1 |
2 |
1 |
4 |
281 |
1 |
2 |
1 |
Dani Kintana |
4 |
39 |
0 |
0 |
0 |
4 |
39 |
0 |
0 |
0 |
Ağabala Ramazanov |
4 |
28 |
0 |
1 |
0 |
1 |
5 |
0 |
0 |
0 |
Coşqun Diniyev |
3 |
130 |
0 |
0 |
0 |
2 |
65 |
0 |
0 |
0 |
Tarik Elyunussi |
3 |
32 |
0 |
0 |
0 |
3 |
32 |
0 |
0 |
0 |
Ramil Şeydayev |
2 |
77 |
0 |
0 |
0 |
2 |
77 |
0 |
0 |
0 |
Anton Kanibolotski |
1 |
90 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
0 |
Rahid Əmirquliyev |
1 |
28 |
0 |
1 |
0 |
0 |
0 |
0 |
0 |
0 |