WBA, WBO və IBF ağır çəki dərəcələrinin sahibi Aleksandr Usik növbəti döyüşündə WBC çempionu Tayson Fyuri ilə görüşməli, mütləq çempion müəyyənləşdirilməlidir.
Lent.az bildirir ki, ESPN-in insayderi Mayk Koppincerin məlumatına görə, ukraynalı və britaniyalı döyüşçülər arasında görüş aprelin 29-na planlaşdırılıb.
Tərəflər döyüşün təşkili yerini müzakirə etməkdə davam edir. Hazırda əsas variant Səudiyyə Ərəbistanıdır, ehtiyat yer isə Londondakı “Uembli” stadionudur.
“Tayson Fyuri və Aleksandr Usik aprelin 29-da mübahisəsiz ağır çəkili titul uğrunda döyüşmək üçün danışıqlar aparır.
Usik səudiyyəlilərlə müqavilənin öz hissəsini bağlayıb və indi növbə Fyurinindir. Əks halda, döyüş “Uembli”yə keçə bilər. Ramazan ayı aprelin 21-də başa çatır”, - Koppincer yazıb.
Bundan əvvəl məlum olmuşdu ki, Tayson Fyuri artıq mütləq çempion titulu uğrunda döyüşün ləğv olunacağı halda Aleksandr Usıkın yerinə əvəzedici tapıb.