UEFA futbol klublarına  yeni qayda   tətbiq edə bilər
24 yanvar 2023 00:42 (UTC +04:00)

UEFA futbol klublarına yeni qayda tətbiq edə bilər

UEFA rəhbərliyi futbol klublarına transfer edən futbolçularla maksimum 5 illik müqavilə bağlamağa icazə veriləcək qayda tətbiq etməyi planlaşdırır. 

Lent.az bildirir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, mövcud qaydalarda müqavilələrin yenilənə bilməsi ölkə qanunlarında nəzərdə tutulmadığı halda, beş ildən çox olmayan müddətə bağlanmalıdır. Ancaq İngiltərədə heç bir məhdudiyyət yoxdur.

İdman qurumunun "Çelsi"nin bu qış transfer bazarındakı işi ilə bağlı belə bir addım atmağa hazır olduğu bildirilir.

Xatırladaq ki, cari transfer pəncərəsində "Çelsi" David Datro Fofan, Benoit Badiaşile və Mixail Mudrik ilə müqavilə imzalayıb. Ukraynalı hücumçu "mavilər"lə səkkiz il yarımlıq, fil dişlisi ilə yeddi il yarımlıq, fransızla isə altı il yarımlıq müqavilə imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1761
avatar

Oxşar yazılar