Tunis-Liviya əsilli ispan aktrisa Hiba Abuk 2014-cü ildə “Cosmopolitan Beauty Awards”da “Gözəllik ikonu” mükafatına layiq görülüb və 2020-ci ildə karyerasını yarımçıq qoyub PSJ-nin futbolçusu Əşrəf Hakimi ilə ailə qurub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, lakin 2023-cü ildə Hakimi evində 24 yaşlı qızı zorlamaqda ittiham olunub və bundan sonra Hiba boşanmaq üçün məhkəməyə müraciət edib.
Çətin bir ildən sonra Abuk sevgi haqqında heç nə bilmək istəmədiyini söyləyib: “Bütün kişilər xəyal qırıqlığı idi. Bu mövzuya nifrət edirəm”.
Aktrisa artıq keçmişdə yaşamadığını və həyatının yeni mərhələsində xoşbəxt olduğunu, diqqətini işə və iki övladına cəmlədiyini də etiraf edib.