Azərbaycanlı kriminal avtoritet  belə HƏBS EDİLDİ - VİDEO
09 sentyabr 2026 10:03 (UTC +04:00)

Azərbaycanlı kriminal avtoritet belə HƏBS EDİLDİ - VİDEO

0

Azərbaycanlı kriminal avtoritet Rusiyadan deportasiya olunub.

Lent.az-ın xəbərinə görə, 61 yaşlı Bəxtiyar Əliyev bu ilin martında Krımın Sevastopol şəhərində  hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun “oğru aləmi” ideologiyasını bölüşdüyü, ekstremist hesab edilən “AUE” təşkilatının fəaliyyətini təbliğ etdiyi və “qanuni oğrular”la əlaqələr saxladığı iddia olunur. Məlumata görə, avqustun sonunda o, Rusiyaya girişinə qadağa qoyulmaqla Azərbaycana deportasiya edilib.

Bundan əlavə azərbaycanlı avtoritetin saxlanılma görüntüləri də yayılıb. Videoda o, özünü 61 yaşlı Alim Bəxtiyar Xalıq oğlu kimi təqdim edib. O, Azərbaycan vətəndaşı olduğunu və Rusiya pasportunun olmadığını təsdiqləyib.

O, Rostovdan şalvar və köynək alveri edən qardaşının köməyi ilə dolandığını bildirib.

Qardaşının adını da Alim Bəxtiyar Xalıq oğlu kimi göstərib, onun 1967-1968-ci il təvəllüdlü olduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar