Azərbaycanın iki şahmatçısının qatıldığı “2021 Superbet Chess Classic” turniri başa çatıb.
Apasport.az saytının məlumatına görə, qrossmeysterimiz Şəhriyar Məmmədyarov yarışın qalibi olub.
Sonuncu - IX turda fransalı Maksim Vaşye-Laqravla heç-heçə edən qrossmeysterimiz xal hesabını 6-ya çatdırıb. Bununla da Şəhriyar yarışı birinci pillədə başa vurub.
Digər təmsilçimiz Teymur Rəcəbov turniri 4,5 xalla bitirib. O, son turda ermənistanlı Levon Aronyanla heç-heçə edib.