"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Rudi Qalettinin məlumatına görə, “Əl-Nəsr “mütəxəssisin xidmətində maraqlıdır. Ər-Riyad klubu 55 yaşlı italiyalıya rəsmi təklif hazırlayır.
Xatırladaq ki, “Əl-Nəsr”də bir vaxtlar “Yuventus”da Alleqrinin rəhbərliyi altında çıxış edən hücumçu Kriştiano Ronaldo oynayır.