Ronaldonu “Mançester Yunayted”də onlar  əvəz edə bilər
27 noyabr 2022 16:45 (UTC +04:00)

Ronaldonu “Mançester Yunayted”də onlar əvəz edə bilər

"Mançester Yunayted"də portuqaliyalı hücumçu Kriştiano Ronaldonu əvəzləyəcək namizədlər bəlli olub. 

Lent.az-ın məlumatına görə, bu barədə “Twitter”də jurnalist Florian Plettenberq bildirib.

Müxbirin sözlərinə görə, hazırda "Barselona"da çıxış edən Memfis Depay komandaya qayıda bilər. Kataloniya klubu futbolçunu buraxmağın əleyhinə deyil. 

Memfis Depay

“Napoli”nin hücumçusu Viktor Osimhenin transferinin prioritet variant olaraq qaldığı, lakin İtaliya komandasının “Mançester Yunayted”in nə qədər ödəməsindən asılı olmayaraq, futbolçu ilə ayrılmağı planlaşdırmadığı dəqiqləşdirilir.

Viktor Osimhen

Eyni zamanda ESPN xəbər verir ki, Ronaldonun yerinə daha bir neçə futbolçu nəzərdən keçirilir. Onların arasında Hollandiyanın PSV klubunun hücumçusu Kodi Qakpo və “Milan”ın hücumçusu Rafael Leau da var.

Kodi Qakpo

Rafael Leau

Noyabrın 22-də “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozduğunu rəsmən elan edib. Portuqaliyalı ilə müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verildiyi bildirilib. Futbolçu daha əvvəl klubu xəyanətdə günahlandıraraq mankunianların baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini bildirmişdi.

# 1917
avatar

Oxşar yazılar