Kriştianu Ronaldo “Mançester Yunayted”in keçmiş tərəfdaşlarını Səudiyyə Ərəbistanına dəvət edib.
Lent.az “The Sun”a istinadən bildirir ki, portuqaliyalı Bruno Fernandeş, Rafael Varan, Harri Maquayr və Kazemironu yayda Lissabondakı yeni evinə və ya Səudiyyə Ərəbistanına baş çəkməyə dəvət edib.
“Burada hələ də Ronniyə hörmətdən başqa heç nəsi olmayan uşaqlar var və onlar heç vaxt istədikləri kimi vidalaşmadıqları üçün hər şeyin bitməsinə kədərləndilər.
O, bu yaxınlarda “WhatsApp” oyunçu qruplarını tərk edib, lakin onlardan bəziləri ilə əlaqə saxlamağa söz verib və oyununu izləmək üçün onları Lissabon və Səudiyyə Ərəbistanında yeni evinə dəvət edib.
Harry Maquayr, Bruno Fernandeş, Kasemiro və Rafael Varan hamısı dostdur. Lissabondakı evinin təsviri inanılmaz görünür - və indi o, əlbəttə ki, onları qəbul edə bilər!” - "Mançester Yunayted"dəki mənbə bildirib.
Ronaldonun bütün lüks avtomobillərini İngiltərədən Portuqaliyaya köçürdüyü də məlum olub.