Okeanın o tayında  oynamağa   gedir
24 aprel 2024 18:45 (UTC +04:00)

Okeanın o tayında oynamağa gedir

"Milan"ın və Fransa millisinin hücumçusu Olivye Jiru karyerasını okeanın o tayında davam etdirəcək. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 37 yaşlı futbolçu “Los-Anceles”lə müqavilə imzalamağa razılaşıb. Müqavilə bir il yarım müddətinə etibarlıdır və uzadılma variantını ehtiva edir. Futbolçunun maaşı ildə 3 milyon avro olacaq.

Jirunun 2024-cü il Avropa Çempionatından sonra azad agent kimi “Los-Anceles”ə qoşulacağı gözlənilir. İlin əvvəlindən Fransa millisinin keçmiş qapıçısı Uqo Lloris “Los-Anceles”də çıxış edir.

Bu mövsüm Jiru "Milan"ın heyətində 42 oyun keçirib, 15 qol vurub və 9 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3180
avatar

Oxşar yazılar