Messi zədələnib məşqdən çıxdı
15 avqust 2023 13:41 (UTC +04:00)

Messi zədələnib məşqdən çıxdı

Lionel Messi “İnter Mayami” ilə məşqdə zədələnib.

Lent.az xarici mediaya istinadla bildirir ki, argentinalının ayağı burxulub. Zədəsi səbəbindən futbolçu məşqi tərk etməli olub.

Baş məşqçi Tata Martino, “Əgər bu ciddi olsaydı, bütün oyunçular şoka düşərdi və məncə, hər şey qaydasındadır” deyib.

Komandanın heyətində keçirdiyi 5 oyunda 36 yaşlı futbolçu bütün yarışlarda 8 qol vurub. Messi “İnter Mayami” tarixində ən çox qol vuran üçlükdən biridir.

İyulun 15-də “İnter Mayami” Messinin transferini elan edib. O, Amerika klubu ilə 31 dekabr 2025-ci ilə qədər müqavilə imzalayıb.

Sabah, avqustun 16-da “İnter Mayami” Liqa Kubokunun yarımfinalında “Filadelfiya” ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Oxşar yazılar