“Mən böyük oğlanam,  heç nədən qorxmuram”   - Lempard
06 yanvar 2023 16:48 (UTC +04:00)

“Mən böyük oğlanam, heç nədən qorxmuram” - Lempard

"Everton"un baş məşqçisi Frenk Lempard komandasının bu mövsüm Premyer Liqada üzləşdiyi çətinlikləri şərh edib.

“Mən bura gözlərim açıq gəlmişəm. Mən böyük oğlanam. Mən heç nədən qorxmuram. Keçən il bura gələndə Premyer Liqada qalmaq uğrunda mübarizə aparırdıq. Reallıq belədir. Rişarlison yayda getdi, biz heyəti yenidən qurmalı olduq. Məqsədlərinizi növbəti səviyyəyə qaldırmasanız, dəyişə bilməzsiniz, biz də edə bilmədik. Bu mənim üçün reallıqdır. Mən bu barədə birbaşa danışıram. Gizlətməyimə ehtiyac yoxdur”, - Lent.az xarici mediaya istinadla bildirir ki, Lempard deyib. 

Onun sözlərinə görə, insanlar “Everton”un illərdir aşağı liqaya düşmədiyini deyirlər: “Artıq belə deyil. Keçən mövsümdə olduğu kimi indi də nəsə etməliyik. Çətin anlarımızda bizi dəstəkləyən ehtiraslı fanat bazamız var. Azarkeşlərlə problemim yoxdur. Ayağa qalxıb “Everton” üçün oynamalıyıq.

O, klubda uğur qazanmaq istədiyini vurğulayıb. 

“Nə çətinliklər yaranırsa, başımı dik tutub qəbul edəcəm və onlardan həzz alacağam. Bu klubda işləmək mənim üçün böyük şərəfdir. Mənim gələcəyim üçün zəmanətə ehtiyacım yoxdur. Mən böyük klubda işləyən böyük adamam”, Lempardın söyləyib.

"Everton" Premyer Liqada 18 oyundan sonra topladığı 15 xalla turnir cədvəlinin 18-ci pilləsində yer alıb. Bundan əvvəl Lempardın yaxın vaxtlarda istefaya göndərilə biləcəyi bildirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1413
avatar

Oxşar yazılar