“Liverpul” Premyer Liqada keçirdiyi son yeddi oyundan altısında məğlub olub və ilk 10-luqdan uzaqlaşıb.
Lent.az-ın xəbərinə görə, ötən mövsümün çempionunun öz meydanında çempionatın autsayderlərindən olan “Nottinqem Forest”ə məğlubiyyəti (0:3) daha gözlənilməz olub.
Dəhşətli bir fakt: bu, mersisaydlıların 1965-ci ilin aprelindən bəri ardıcıl iki liqa məğlubiyyəti ilə üzləşdiyi ilk haldır. O vaxt “Liverpul” həmin mövsüm yeddi böyük məğlubiyyətlə yeddinci yeri tutmuşdu. Lakin bir il sonra liqanın qalibi olublar.