Laporta "Real"ı sərt tənqid  etdi: "Artıq hörmətlərini itiriblər"
10 oktyabr 2026 16:41 (UTC +04:00)

Laporta "Real"ı sərt tənqid etdi: "Artıq hörmətlərini itiriblər"

0

“Barselona”nın prezidenti Joan Laporta “Real Madrid”in Xose Neqreyra işi ilə bağlı Kataloniya klubuna qarşı irəli sürdüyü ittihamlara münasibət bildirib.1

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl Madrid klubunun sözügedən iş üzrə sübut və ifadələrin yer aldığı təxminən 50 min səhifəlik sənədlər paketini UEFA-ya təqdim etdiyi bildirilib.

Laporta “Barselona”nın nüfuzuna məqsədli şəkildə zərər vurulmağa çalışıldığını iddia edib.

“Təkrarlamaqdan yorulmayacağam: bizi məhkəmə qərarı olmadan günahkar çıxarmağa çalışıblar. Halbuki bizə qarşı ittiham irəli sürmək üçün əsas olmadığı ortaya çıxıb. Mən “Barselona”nın bəraət alacağına tam əminəm. Bu məsələni daim gündəmdə saxlayanlar klubumuzun imicinə zərər vurmağa çalışırlar. Məhkəmə qərarı veriləndə bu barədə danışmağa vaxtımız olacaq. Onlar yalnız “Barselona”nı gözdən salmaq üçün məsələni daim alovlandırırlar”, – deyə Laporta bildirib.

“Barselona” prezidenti “Real Madrid”in davranışlarını da sərt tənqid edib.

“Real Madrid” bunu futbola zərər vurmaq üçün edir. Onlar hər şeyə qarşı çıxırlar. İstər UEFA-ya, istərsə də liqaya müraciət edin, onlar hamıya və hər şeyə qarşı olacaqlar. Bu isə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə nüfuzunu, hörmətini və etibarını itirən klub haqqında çox şey deyir.

Məsələn, mən EFC-nin konqresində iştirak edirdim, amma “Real Madrid”in orada heç nümayəndəsi də yox idi. Onlar özlərini çox təkəbbürlü və hökmran aparırlar. Nə etdiklərini yaxşı bilirlər, lakin bu davranışlar onlara olan etimadın ciddi şəkildə azalmasına səbəb olur.

Superliqa məsələsində də eyni vəziyyət yaşanıb. Sonda hamı ilə birlikdə qalırlar, amma bu müddətdə digərlərinə yalnız maneələr yaradırlar. Məncə, onlar öz davranışlarını tənqidi qiymətləndirməlidirlər. Çünki bu cür hərəkətlər yolverilməzdir”, – deyə Laporta vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar