Fitness mütəxəssisi Svetlana Butova həftədə bir məşqlə arıqlamaq üçün məsləhətlər verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Butovanın sözlərinə görə, belə məşq tam olmalı, bütün əzələ qrupları buna cəlb edilməlidir. O, çömbəlmə kimi böyük oynaqları əhatə edən məşqləri seçməyi məsləhət görüb. Bununla yanaşı məşqçi qeyd edib ki, həftədə bir dəfə bunu etməklə yüksək nailiyyətlər gözləməyə ehtiyac yoxdur.
Mütəxəssis vurğulayıb ki, nadir məşqlər əzələ kütləsi qazanmağa kömək etməyəcək. Onun sözlərinə görə, güc yükündən sonra 48-72 saat ərzində əzələ lifi böyüməsi baş verir, lakin onun artması üçün yenidən məşq etməlisiniz.