“Fənərbaxça” Avropada hökmranlığını davam etdirir.
Lent.az saytı xəbər verir ki, İstanbul klubu Türkiyə Super liqasında hesabat turunu da qələbə ilə başa vurub.
Öz meydanında “Çaykur Rizəspor”u 5:0 hesabı ilə məğlub edən “sarı bülbüllər” ölkə çempionatında keçirdiyi 7 matçda da 100 faizlik nəticə qazanıb. Bununla da İsmail Qartalın yetirmələri “köhnə qitə”nin top çempionatları da daxil olmaqla xal itirmədən irəliləyən yeganə komanda adını qorumuş olub.