Dünya futbolunun əfsanəsi Çempionlar Liqasının favoritini  AÇIQLADI
22 aprel 2025 19:07 (UTC +04:00)

Dünya futbolunun əfsanəsi Çempionlar Liqasının favoritini AÇIQLADI

Məşhur portuqaliyalı keçmiş yarımmüdafiəçi Luiş Fiqu Avropanın ən nüfuzlu klub turnirində qələbəyə əsas namizəd hesab etdiyi komandanın adını açıqlayıb.

Lent.az xarici mətbuata istinadla bildirir ki, "Barselona", "Real" və "İnter"in keçmiş ulduzunun fikrincə, bu il Çempionlar Liqasının qalibi böyük ehtimalla Fransanın PSJ-si olacaq.

"Fransa çempionunun stabil nəticələri var və əla fiziki formadadır. Amma dəqiq demək çətindir, yekun proqnoz vermək istəmirəm", - Luiş Fiqu söyləyib.

52 yaşlı Fiqu keçmiş klubları "İnter" və "Barselona" arasında Çempionlar Liqasının digər yarımfinalını da yaxından izləyəcək.

"Bunlar müxtəlif üslublu komandalardır, "İnter" təkcə müdafiədə yaxşı deyil. Milan klubu trebl etməyə qadirdir. İnzaqinin komandası etibarlı müdafiə olunur və Çempionlar Liqasında ən az qol buraxıb, həm də hər şeyi dəyişə biləcək oyunçulara malikdir. "Barselona"nın da bu mövsüm üç kubok almaq şansı var", - Luiş Fiqu əlavə edib.

Fiqunun hər üç komandasının bu mövsüm trebl qazanmaq şansının hələ də qaldığını vurğulamaq yerinə düşər. Bu siyahıya daxil olmayan yeganə komanda Çempionlar Liqasının dördüncü yarımfinalçısı “Arsenal” olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar