Timo Vernerin gedişindən sonra “Çelsi” yeni bir forvard dəvət etmək istəyir.
Lent.az bildirir ki, bu barədə britaniyalı jurnalist Mett Lou məlumat yayıb.
Onun sözlərinə görə, London klubu "Barselona" ilə hücumçu Pyer-Emerik Obameyanqın transferi haqda danışıqlara başlayıb. Futbolçunun özü artıq rəhbərliyə bildirib ki, əgər o, gedərsə, yalnız "Çelsi" olacaq.
Xatırladaq ki, Obameyanq artıq İngiltərə Premyer-liqasında çıxış edib: o, Londonun "Arsenal"ın heyətində oynayıb. Ötən mövsüm 33 yaşlı hücumçu La Liqanın 17 oyununda meydana çıxıb, 11 qol vurub və 1 qol ötürməsi verib.