"Mançester Yunayted"in yeni sahibi olacağı gözlənilən Cim Ratkliffin Aleks Ferqyusonu yenidən vəzifəyəə qaytaracağı iddia edilib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Ferqyusonun “Mançester Yunayted”də məsləhətçi kimi çalışacağı bildirilir.
İdman və idarəetmə baxımından təlatümlü günlər keçirən “Mançester Yunayted”də sürpriz bir proses baş verib. İngiltərənin “Teleqraf” nəşrinin xəbərinə görə; "Mançester Yunayted"i almaq üçün yeganə iddiaçı olan Cim Ratkliff klubu alacağı təqdirdə böyük dəyişiklik edəcək.
Xəbərdə Ratkliffin "Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyusonu məsləhətçi olaraq yanına aparacağı qeyd edilsə də, bu vəziyyət Ferqyusonla çox yaxşı münasibətdə olan və hazırda "Kristal Palas"da çalışan idman direktoru Duqi Fridmanın da klubda vəzifə tuta biləcəyi imkanını istisna etmir. Digər tərəfdən, Fridmanın siyahıdakı yeganə idman direktoru namizədi olmadığı da xəbərlərdə yer alıb.
Onun kimi həm də şotland olan Fridmanla fikir mübadiləsi aparan Ferqyusonun futbolçu seçimində təcrübəli şəxsin bacarığına güvəndiyi bildirilib.