Futbol agenti Mino Rayola maraqlı açıqlama verib.
Lent.az-ın “The Mirror” nəşrinə istinadən məlumatına görə, “Mançester Yunayted”in futbolçusu Pol Poqbanın menecerliyini edən Rayola onun gələcək karyerası haqda fikir bildirib.
Tanınmış agent Poqbanın yenidən A Seriyasında çıxış etmək ehtimalının az olmadığını qeyd edib: “Pol İtaliyanı doğma evi sayır. O, “Yuventus”a qayıtmağa razıdır. Hadisələrin necə cərəyan edəcəyini görmək üçün Avropa çempionatının bitməsini gözləmək lazımdır. Pol yüksək səviyyədə oyun göstərmək istəyir, bu mənada dəyişikliyin baş verməsi mümkündür. Ancaq digər tərəfdən “Mançester Yunayted”i pis vəziyyətdə qoyub getmək də tam ürəyincə deyil”.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”ə 2016-cı ildə məhz “Yuventus”dan keçib.