"Mildsbro" klubu baş məşqçi postunda dəyişiklik edib.
Apasport.az saytının məlumatına görə, Çempionşip təmsilçisi Conatan Vudqeytlə yollarını ayırıb.
Klub rəsmi saytı vasitəsilə 40 yaşlı mütəxəssisin müqaviləsinə xitam verildiyini bəyan edib. Komandaya bundan sonra Nil Uornok rəhbərlik edəcək. Vudqeyt ötən ilin yayından "Mildsbro"nu çalışdırıb.
Qeyd edək ki, "Mildsbro" hazırda Çempionşipdə 24 komanda arasında 21-ci pillədə qərarlaşır.