Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonundan olan idmançı Faiq Məmmədov Gürcüstan Kikboksinq və karate Federasiyasının prezidenti təyin edilib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, 43 yaşlı idmançı daha əvvəl Gürcüstan Taekvando Federasiyasının vitse-prezidenti olub, həmçinin, özünün təsis etdiyi Sayokan Federasiyasına rəhbərlik edib.
O, yeni yarışlar keçirməyi düşündüyünü və gənc idmançıları yüksək səviyyəli yarışlara çıxaracağını bildirib.
Qeyd edək ki, 31 illik peşəkar idmançı karyerasına malik F.Məmmədovun yetirmələri arasında 4 Dünya çempionu, 1 Avropa çempionu var.