Bermud adaları Olimpiya çempionluğu qazanan ən azsaylı əhaliyə malik ölkə olub.
Apasport.az saytının məlumatına görə, cəmi 63 min adamın yaşadığı ölkə tarixinin ilk uğuruna Tokio-2020 Yay Olimpiya Oyunlarında imza atıb.
Flora Daffi qadın triatlonçuların yarışında qızıl medala yiyələnib. Bunadək Bermud adaları Olimpiya Oyunlarında yalnız bir bürünc qazanıb. Monreal-1976-da boksçu buna nail olub.