21-ci əsrin  ən yaxşı qapıçısı   seçildi
27 sentyabr 2023 12:40 (UTC +04:00)

21-ci əsrin ən yaxşı qapıçısı seçildi

“Parma”, “Yuventus”, PSJ və İtaliya millisinin keçmiş qapıçısı Canluici Buffon “FourFourTwo”nun versiyasına görə 21-ci əsrin ən yaxşı qapıçısı seçilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, ilk onluqda “Real”ın keçmiş qapıçısı İker Kasilyas, "Mançester Yunayted" və "Fulhem"in keçmiş qapıçısı Edvin van der Sar, həmçinin "Çelsi" və Çexiya millisində çıxış etmiş Petr Çex yer alıb.

21-ci əsrin ən yaxşı 10 qapıçısı:

1. Canluici Buffon (İtaliya).

2. İker Kasilyas (İspaniya).

3. Edvin van der Sar (Hollandiya).

4. Petr Çex (Çexiya).

5. Manuel Noyer (Almaniya).

6. Oliver Kan (Almaniya).

7. Viktor Valdes (İspaniya).

8. David de Xea (İspaniya).

9. Julio Sezar (Braziliya).

10. Hüqo Loris (Fransa).

45 yaşlı Buffon ötən yay karyerasını bitirib. “Yuventus”un tərkibində qapıçı 10 dəfə İtaliya çempionu, beş dəfə İtaliya kubokunun qalibi olub. 1998/1999 mövsümündə "Parma" ilə Buffon UEFA Kubokunu qazanıb.

# 9204
avatar

Oxşar yazılar