Futbol üzrə dünya çempionatının kuboku Lənkəranda
FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku avqustun 20-dən ölkə Kubok turuna başlayıb.
Apasport.az saytının məlumatına görə, səfər çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıtdan keçməklə Bakıya qayıdacaq.
Lənkəranda Heydər Əliyev adına parkda 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının Rəsmi Kubok Turunun təbliği məqsədi ilə möhtəşəm konsert proqramı təqdim olunub. Konsert proqramında FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayev, musiqiçi DJ "Merkury", Azərbaycan Dövlət Rəqs Ansamblı "Odlar Yurdu", tanınmış skripka ifaçısı İlkin Əliyev çıxış ediblər. Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmi şəxslər konserti izləyib, təşkilati işlərdə köməklik göstəriblər.
Rəsmi Kubok xüsusi təyin olunmuş meydançada yerləşdirilib və konsert qonaqlarının böyük marağına səbəb olub. Hər kəs Rəsmi Kubok və çempionatın Rəsmi Maskotu Top Top Qız ilə şəkil çəkdirmək imkanı qazanıb.
Bundan əlavə, parkda çempionatın oyunlarının biletləri satılıb və qarşıdan gələn böyük futbol turnirinin təbliğat materialları paylanılıb. Konsert zamanı bir neçə müsabiqə keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.
Kuboku qarşılayan növbəti şəhər Gəncə olacaq. Bununla əlaqədar həmin şəhərin Azadlıq meydanında avqustun 23-də saat 20:00-da möhtəşəm konsert proqramı keçiriləcək.
Qeyd edək ki, Rəsmi Kubok iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FİFA tərəfindən turnirin Yerli Təşkilat Komitəsinə təqdim olunub. O, bir müddət AFFA-nın inzibati binasında sərgilənəndən sonra avqustun 6-da Sponsor Turuna başlayıb. Rəsmi Kubok bu zamanı çempionatın milli dəstəkçiləri olan SOCAR, Xalq Bank, Bakcell, Paşa Sığorta şirkətlərinin ofislərində yerləşdirilmiş və beləliklə, geniş ictimaiyyətə təqdim olunmuşdu.

Oxşar yazılar

"Real" azarkeşləri "Atletik"lə oyunda Mbappeni alçaltdılar -VİDEO
21 aprel 2025 , 19:33
"Barselona" Dokereşə görə bu oyunçuları ilə ayrılmağa hazırdır
21 aprel 2025 , 18:27
"Lester"dən İngiltərə Premyer Liqasında antirekord
21 aprel 2025 , 17:17
“Dəli” ləqəbli əfsanəvi qapıçı vəfat etdi
21 aprel 2025 , 15:26
İtaliyada bütün oyunlar təxirə salındı - SƏBƏB
21 aprel 2025 , 13:42
"İnter"in baş məşqçisi Səudiyyə Ərəbistanından təklifi rədd etdi
21 aprel 2025 , 12:42
"Bayer" Alonsonun "Real”a rəhbərlik etmək istəyinə mane olmayacaq
21 aprel 2025 , 10:28