“Barselona” və “Mançester Siti” klublarının sabiq futbolçusu Yaya Ture karyerasını Braziliyada davam etdirə bilər.
Lent.az-ın məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi “Botafoqo” ilə danışıq aparır.
Yanvarda Çinin “Tsindao Haynyu” klubundan ayrılan Ture hazırda azad agent statusu daşıyır. Bu mənada, danışıqlar baş tutsa, onun “Botafoqo”ya keçidi Braziliya təmsilçisinə havayı başa gələcək.
Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində Donetsk “Metallurq”u, “Olimpiakos” və “Monako”nun da formasını geyinib.