Külli miqdarda dələduzluqda təqsirli bilinən şəxs axtarışa verilib.
Lent.az-ın məlumatına görə, Həsənzadə Mobil İsmiyəli oğlu vətəndaşlara müxtəlif vədlər verərək onlardan külli miqdarda pul almaqda ittiham olunur. O, Cinayət Məcəlləsinin 178.3.2 - ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.
Onun saxlanılması üçün hüquq-mühafizə orqanları həbsli axtarış elan edib.
Qeyd edək ki, M.Həsənzadənin qardaşı Habil Həsənzadə Azərbaycan Dövlət Pedoqoji Universitetin Tarix fakültəsinin dekan müavinidir.
Mediada yayılan məlumatlara görə, M.Həsənzadə 100 min manatdan çox mənimsəmədə təqsirli bilinir.
Həsənzadə Mobil İsmiyəli oğlu