Yasamal rayonunda kosmetoloji marketin anbarından oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyulun 9-na keçən gecə baş verən hadisə ilə bağlı polisə məlumat verilib.
Məlum olub ki, anbardan 2300 manat dəyərində kosmetik əşyalar oğurlanıb.
Yasamal RPİ 27-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Pərviz Hacıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.