Xuliqanlıq və dələduzluqda təqsirləndirilən vəkilin  məhkəməsi başladı
08 iyul 2026 14:00 (UTC +04:00)

Xuliqanlıq və dələduzluqda təqsirləndirilən vəkilin məhkəməsi başladı

0

Gəncə Şəhər Məhkəməsində hakim Ülkər Babazadənin sədrliyi ilə xuliqanlıq və dələduzluqda təqsirləndirilərək həbs olunan vəkil Zabil Qəhrəmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, Zabil Qəhrəmanovun hüquqlarını müdafiə edən vəkil Səadət Seyidli hakimə etiraz verdiklərini bildirib: 

"Bunun da səbəbi Zabil Qəhrəmanovun vəkili ilə birlikdə əyləşməsini istəməyi olub. Baxmayaraq ki, zərərçəçənlər də buna etiraz etməyiblər, hakim müdafiə tərəfin fikirini almadan vəsatətimizi baxılmamış saxlayıb. Biz müdafiə tərəfi olaraq iş üzrə xitam verilməsi, ərazi aidiyyatı üzrə Göygölə göndərilməsi  və həbsin ləğv olunması barədə məhkəməyə vəsatətlər verdik. Məhkəmə vəsatətlərin müzakirə olunmasını iyulun 10-na qədər təxirə salıb".

Xatırladaq ki, Zabil Qəhrəmanov 2025-ci ilin oktyabrında saxlanılıb. Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilib. Ona cinayət işi Gəncə Şəhər Baş Polis İdarəsində açılsa da, sonradan istintaq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılıb. Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi - 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar