Ziya Bünyadov prospektində zəncirvari qəza
02 noyabr 2017 22:02 (UTC +04:00)

Ziya Bünyadov prospektində zəncirvari qəza

 Bakıda Ziya Bünyadov prospektində (Atatürk prospekti ilə kəsişməyə yaxın hissədə) zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Bununla əlaqədar olaraq, hazırda 20 Yanvar dairəsindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb.

 

Agentlik sürücülərə qəzanın nəticələri aradan qaldırılanadək alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139
avatar

Oxşar yazılar