Zibillikdən silah-sursat tapılıb - <span style="color:red;">Mingəçevirdə
04 mart 2017 11:46 (UTC +04:00)

Zibillikdən silah-sursat tapılıb - Mingəçevirdə

0

Mingəçevir şəhəri ərazisindəki məişət tullantıları sahəsindən silah-sursat tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, zibillikdən 1 ədəd "AKM" markalı avtomat silahı, 1 ədəd "TOZ-8" və 1 ədəd "İJ-16" markalı nömrələri silinmiş tüfənglər, 1 ədəd süngü bıçaq, 3 patron darağı və 270 ədəd müxtəlif çaplı patron tapılıb.

 

Habelə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zöhrab Allahverdiyevdən nömrəsi silinmiş "Naqan" markalı tapança və 8 ədəd patron götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar