Zaqatalada 4 nəfərin güllələnməsinə görə daha iki nəfər tutulub
27 noyabr 2013 12:03 (UTC +04:00)

Zaqatalada 4 nəfərin güllələnməsinə görə daha iki nəfər tutulub

Zaqataladakı atışma ilə əlaqədar daha iki nəfər saxlanılıb. Bu barədəAPA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin daha iki iştirakçısı, Balakən rayon sakinləri Sabir Osmanov və Pərviz Əliyev tutulublar. Saxlanılan Sabir Osmanov dörd nəfəri güllələyən Samir Osmanovun qardaşıdır.

 

Saxlanılan şəxslərdən xeyli sayda silah-sursat və narkotik götürülüb. İlkin məlumata görə, hadisə iştirakçıları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər olub və silahlı insident də həmin şəxslərdən ibarət iki qrup arasında baş verib.

 

Zaqatala rayon Polis Şöbəsinin rəisi Arif Babayev APA-ya açıqlamasında baş vermiş insidentlə bağlı bir neçə nəfərin saxlanıldığını təsdiqləsə də, hadisənin motivi barədə danışmaq istəməyib: “Hazırda bu işlə bağlı zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Aparılan tədbirlər başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”.

 

Xatırladaq ki, içərisində 4 nəfərin olduğu avtomobili avtomatdan güllə atəşinə tutan Balakən rayon sakini, 1991-ci il təvəllüdlü Osmanov Samir Rəşid oğlu və Balakən rayon sakini Vüqar Lahıcov ötən gün həbs ediliblər. S. Osmanovdan hadisə zamanı istifadə etdiyi avtomat silah da maddi sübut kimi götürülüb. S. Osmanov hadisə baş verən zamanı yaralanıbmış. S. Osmanovun öz əlindəki silahdan açılan güllələrdən biri elə onun özünə dəyib. S. Osmanovun müayinəyə ehtiyacı olduğu üçün o xəstəxanaya yerləşdirilib.

  

Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, noyabrın 24-də saat 16.00 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində “VAZ-2107” markalı avtomobildə olan naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb.

 

V. Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.   

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib.

 

Faktla əlaqədar cinayət işi başlanıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1728
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46