Daxili işlər naziri, general polkovnik Ramil Usubov mühüm dəyişikliklər edib.
Lent.az mia.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə bir sıra kadr dəyişiklikləri olub.
Belə ki, DİN Baş Mühafizə İdarəsinin Nərimanov Rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsində çalışan Nazim Həsənov Xətai Rayon Mühafizə İdarəsinin rəisi təyin olunub.
Məlumat üçün bildirək ki, Nazim Həsənov Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun oğludur.
Nazirin digər əmri ilə Xətai Rayon Mühafizə İdarəsi rəisi Azad Quliyev DİN Baş Mühafizə İdarəsinin kadrlar şöbəsinə rəis gətirilib.