Zakir Həsənov ön xətdə bölmələrin hazırlığını yoxlayıb - <span style="color:red;">FOTO
23 dekabr 2016 16:12 (UTC +04:00)

Zakir Həsənov ön xətdə bölmələrin hazırlığını yoxlayıb - FOTO

Müdafiə Nazirliyinin rəhbər heyəti müdafiənin ön xəttində yerləşən bölmələrdə olub və üzbəüz düşmən mövqelərini müşahidə ediblər.

 

Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, şəxsi heyətlə görüşən müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.

Müdafiə nazirinə ərazidəki əməliyyat şəraiti, bölmələrimizin hazırlıq vəziyyəti və qarşı tərəf barədə ətraflı məruzə edilib.

Ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçuları qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibəti ilə təbrik edən general-polkovnik Zakir Həsənov Ali Baş Komandanın adından xidmətdə fərqlənənlərə medallar və mükafatlar təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126
avatar

Oxşar yazılar